Ailəsi iranlı fəal Abbas Lisanidən xəbərsizdir


Dünya 05 Fev 2019 21:57:00 227 0

Ailəsi iranlı fəal Abbas Lisanidən xəbərsizdir

Ailəsi İranda yaşayan etnik azərbaycanlı, milli fəal Abbas Lisanidən 20 gündən çoxdur ki, xəbərsiz olduğunu deyir.

Onun ailə üzvləri BBC News Azərbaycancaya müsahibəsində deyib ki, Abbas Lisani Təbrizdə məhkəmə binasında üç mülki geyimli şəxs tərəfindən aparılıb,

"Getdik arxasınca Təbrizə. Dedilər ki, Ərdəbildədir. Ərdəbil prokurorluğuna dəfələrlə getsək də, heç bir məlumat ala bilməmişik", ailə üzvləri deyir.

BBC News Azərbaycanca bu xəbəri müstəqil mənbələrdən təsdiqlədə bilməyib.

İranın Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı onlarda məlumatın olmadığını deyib.