Bakıda türkiyəli iş adamına qarşı dələduzluq edildi


Digərləri 05 Fev 2019 21:39:00 223 0

Bakıda türkiyəli iş adamına qarşı dələduzluq edildi

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə fevralın 1-də, saat 17 radələrində paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Neftçilər prospekti 8 ünvanındakı "Sədəf" restoranında Türkiyə vətəndaşı, iş adamı, 1964-cü il təvəllüdlü Asim Gülsevən Türkiyə vətəndaşı Onur adlı şəxsə birgə iş qurmaq adı ilə 2 min dollar verib. Onur adlı şəxs pulu alandan sonra A.Gülsevənə qarşı dələduzluq edib və hadisə yerindən qaçıb.