Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin?


Digərləri 05 Fev 2019 21:40:00 248 0

Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin?

Nəql edirlər ki, bir yoxsul insan İmam Kazımın (ə) yanına gəlir və deyir: "Mən yoxsul insanam və mənə yoxsulluqdan nicat ver. Əgər yüz dinarım olsa, ticarət edərək, özümü yoxsulluqdan qurtararam".

İmam (ə) gülümsəyən mübarək simasıyla ona baxaraq, buyurur: "Mən sənə bir sual verəcəyəm. Əgər ona düzgün cavab versən, sənə istədiyinin on qatını verəcəyəm".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) ona buyurur: "Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?"

Yoxsul şəxs deyir: "Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim".