Pirallahıda şəhid ailələri ilə görüş keçirilib FOTO


Digərləri 05 Fev 2019 21:32:00 247 0

Pirallahıda şəhid ailələri ilə görüş keçirilib  FOTO

Fevralın 5-də Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri ilə növbəti görüş keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərəm ki, qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən tam dəstəklənirlər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. İcra başçısının birinci müavini məcburi köçkünlərə göstərilən dövlət qayğısından da danışaraq deyib ki, təkcə ötən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilib. Bu proses bu il də davam etdiriləcək.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə üç dəfə çox - 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb. Dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.


Xəbərə aid fotolar