Titan kimi güclü metal taxta


Digərləri 05 Fev 2019 21:10:00 280 0

Titan kimi güclü metal taxta

3 fərqli universitetin araşdırmaçılarının ortaq araşdırması ilə, dünyanın ən yüngül və ən güclü materiallarından biri hazırlanmış ola bilər.

Penn Universiteti, İllinoys Universiteti və Kembric Universiteti nəzdində araşdırmaları davam etdirən alimlər olduqca güclü və bir o qədər də yüngül bir material hazırlamaq üzrədirlər. Bu material ən az titan qədər güclü və titandan ən az 4-qat daha yüngüldür.

Son.az deyerler.org-a istinadən bildirir ki, elm insanları tərəfindən hazırlanan bu materialın ən əhəmiyyətli xüsusiyyəti isə, nano ölçüdə məsamələrə malik olmasıdır. Bu sayədə bu materialın boş sahələri, bir başqa materialla da doldurula bilir. Bu sayədə, məsələn anod və katod vəsaitlərilə bir təyyarə qanadına, əlavə bir batareyaya ehtiyac duymayan bir protez ayağına qədər ağla, xəyala gəlməyən bir çox fərqli əməliyyat üçün istifadə edilə bilər.