“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək


Şou-biznes 05 Fev 2019 20:53:00 298 0

“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək

"Eurovision 2019" yarışması üçün Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi "Infe Azerbaijan" məlumat verib.

Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.