"Volvo" 200 mindən çox avtomobili geri çağırıb


Digərləri 05 Fev 2019 20:24:00 214 0

"Volvo" 200 mindən çox avtomobili geri çağırıb

"Volvo" şirkəti bir neçə ölkədə 200 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar yanacaq borusunda çatların olması ilə əlaqədar verilib.

Qeyd olunur ki, bu qüsur yanacağın mühərrikə tökülməsinə səbəb ola bilər.

Geri çağırılma 2015-2016-cı illərdə istehsal olunmuş V40, V40CC, S60, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və XC90 modellərinə şamil edilir.