Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlandı


Digərləri 05 Fev 2019 20:17:00 297 0

Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlandı

Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ilə əlaqədar aparılan təmir işlərinə görə nəqliyyat vasitələri üçün alternativ yollar müəyyən olunub.

Son.az bildirir ki, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, alternativ olaraq "boru keçidi" kimi tanınan ərazidən Babək prospekti istiqamətində hərəkət nəzərdə tutulub.

V.Əsədovun sözlərinə görə, Babək prospekti ilə 10-cu zavod dairəsi istiqamətinə və yaxud həmin ərazi üzrə Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Afiyəddin Cəlilov küçəsi istiqamətində alternativ hərəkət müəyyənləşdirilib.

DİQQƏT! Bakının bu yolları 25 günlük tam bağlanır - FOTO Qeyd edək ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə "Azərsu" ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.