Ermənistanda savaş güclənir


Digərləri 05 Fev 2019 20:09:00 248 0

Ermənistanda savaş güclənir

Hakimiyyətin fərqli qruplaşmaları arasında mübarizə gərginləşir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rusiyalı polittexnoloq Vigen Akopyan deyib.

"Strateji əhəmiyyət daşıyan sferalar inqilabda aktiv iştirak etməyən peşəkarlara verilib. Bu sferalar daha çox Mərkəzi Bank, Müdafiə Nazirliyi, Dövlət Gəlirləri Komitəsi, Maliyyə Nazirliyinə aiddir. Bu sahələr təcrübələrdən kənarda qalır. Nikol Paşinyan riskə getməyib. Digər sahələrə gəlincə, onlar müəyyən eksperimental zonalara çevriliblər. Oraya inqilabda iştirak edən şəxslər təyin ediliblər.