Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlanıb


Digərləri 05 Fev 2019 20:09:14 249 0

Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlanıb

Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlanıb.

Bakı. Elçin Mehdiyev - Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ilə əlaqədar aparılan təmir işlərinə görə nəqliyyat vasitələri üçün alternativ yollar müəyyən olunub. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, alternativ olaraq "boru keçidi" kimi tanınan ərazidən Babək prospekti istiqamətində hərəkət nəzərdə tutulub. V.Əsədovun sözlərinə görə, Babək prospekti ilə 10-cu zavod dairəsi istiqamətinə və yaxud həmin ərazi üzrə Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Afiyəddin Cəlilov küçəsi istiqamətində alternativ hərəkət müəyyənləşdirilib.