"Zümrüd Yağmur şərböhtan atır, həbsxananın rəisi Aftandil Ağayev və ailə üzvləri təhqir olunur"


Digərləri 05 Fev 2019 19:49:00 296 0

"Zümrüd Yağmur şərböhtan atır, həbsxananın rəisi Aftandil Ağayev və ailə üzvləri təhqir olunur"

Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.

Son.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb. 

"Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi, yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar - Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər. Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib", - deyə məlumatda vurğulanıb.