Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi


Digərləri 05 Fev 2019 19:19:00 231 0

Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" dəyişikliklərdə əksini tapıb.

Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.


Xəbərə aid foto