Şəhid anası: "Apardığı uğurlu siyasətdə hamımız Prezidentə dəstək olmalıyıq"


Digərləri 05 Fev 2019 19:01:00 313 0

Şəhid anası: "Apardığı uğurlu siyasətdə hamımız Prezidentə dəstək olmalıyıq"

Erməni quldurlarına qarşı gedən döyüşlərdə xalqımızın qeyrətli oğlanları silaha sarılaraq Vətən torpağının müdafiəsinə qalxdı. Onların arasında minlərlə döyüşçü bu yolda həyatını qurban verərək şəhidlik zirvəsinə ucaldı. Belələrindən biri də Elmar Mirzəyev idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Elmar 1970-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdu. Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra qardaşı Vüqarla birlikdə Milli Ordu sıralarına daxil olaraq Şuşa, Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü 1992-ci il noyabrın 15-dən 16-na keçən gecə Ağdamın Gülablı kəndində olub.

Anası Natella xanım Elmarın üç dəfə yaralansa da, yenidən döyüş bölgəsinə üz tutduğunu ürək ağrısı ilə xatırlayır: "Övladlarımı Vətənə sədaqət ruhunda böyütmüşəm. Elmarda bu hiss xüsusilə güclü idi. Yağı düşmənin ata-baba torpaqlarımıza yiyə çıxmağı, günahsız adamları qətlə yetirməyi onu hədsiz dərəcədə qəzəbləndirirdi. O, özündən iki yaş böyük qardaşı ilə Qarabağı qarış-qarış dolaşmış, neçə-neçə ağır döyüş əməliyyatlarında iştirak etmişdi.

Sonuncu döyüşdə isə... Yoldaşlarını qorumaq ucun qumbara ilə düşmən əsgərlərini qətlə yetirib. Özü də yaralanaraq əsir düşüb. Ermənilər nə qədər çalışsalar, işgəncə və əzab versələr də, döyüş yoldaşlarının mövqeyini düşmənə bildirməyib. Amansız ermənilər onu vəhşicəsinə yandırıblar".

Elmar belə bir oğul idi...


Xəbərə aid fotolar