“Əlacım olsa atamı yanıma gətirərdim” Hüseyn Dəryanın oğlundan


Şou-biznes 05 Fev 2019 18:54:00 266 0

“Əlacım olsa atamı yanıma gətirərdim”  Hüseyn Dəryanın oğlundan

"Gəlişi kimi, gedişi də əfsanə oldu"

ARB TV-nin "Bu qədər" proqramın da bu dəfə mərhum reper Hüseyn Dəryanın həyatından danışılıb.

Son.az xəbər verir ki, reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:

Sona İbadova - Həyat yoldaşı: "2001-ci ildə konsertinə getdim. Bu konsetrdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaqlar. Mən çox istəyirdim o klipə çəkiləm, çünki, mən onun fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik. Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da "mən birazdan gələcəm" deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Mənim çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur".


Xəbərə aid fotolar