“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir


Digərləri 05 Fev 2019 18:26:00 194 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

İnformasiya resurslarının yerləşdirilməsi üçün 4 ay müddətində məlumatların emal mərkəzinin icarəsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq müsabiqə elan edilir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti informasiya resurslarının yerləşdirilməsi üçün 4 ay müddətində məlumatların emal mərkəzinin (server infrastrukturu) icarəsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq müsabiqə elan edir. Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 15 fevral 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 fevral 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 21 fevral 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.