Bərdədə iki azyaşlını küçəyə atan qadın barədə


Kriminal 05 Fev 2019 18:19:00 235 0

Bərdədə iki azyaşlını küçəyə atan qadın barədə

Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Qazaxın Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovanın iki azyaşlı uşağı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün Bərdə rayonu, S. Vurğun küçəsinə ataraq getməsi faktı ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq edilməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.

Hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır.

Bundan başqa, uşaqların təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti üzrə təhvil verilməsi üçün Rayon İcra Hakimiyyəti, xəstəxana və polis şöbəsinə məlumat verilib.