Şamaxıda sürüşmə aktivləşib


Digərləri 05 Fev 2019 18:04:00 273 0

Şamaxıda sürüşmə aktivləşib

Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsində yenidən aktivləşib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 100 metr uzunluğu 50 metr eni olan torpaq kütləsi evlərə doğru hərəkət edir.

Son günlər Şamaxıya yağan qar və yağışlardan sonra aktivləşən torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında yenidən iri və xırda çatlar əmələ gəlib.

Qahir Həşimov - Sakin: "Sürüşmə davam edir, evlər çatlayıb hamısı. Yağışlar başlayan kimi davam edir".


Xəbərə aid fotolar