Teleradio yayımçılarının peyk ilə xarici ölkələrdə yayımının təşkili üçün “Azərkosmos”a 2 milyon manat ayrılıb


Siyasət 05 Fev 2019 18:06:00 264 0

Teleradio yayımçılarının peyk ilə xarici ölkələrdə yayımının təşkili üçün “Azərkosmos”a 2 milyon manat ayrılıb

Azərbaycandakı ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımının təşkili üçün "Azərkosmos" ASC-yə 2 milyon manat ayrılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev fevralın 5-də "Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərkosmos" ASC-yə 2 milyon manat ayrılıb.

Son.az