Total ilə Anlaşma Memorandumu imzalandı


Digərləri 05 Fev 2019 17:51:00 219 0

Total ilə Anlaşma Memorandumu imzalandı

Energetika Nazirliyi və Fransanın "Total Eren" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və "Total Eren" şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb.

Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.