Qətldə təqsirləndirilən beynəlxalq dərəcəli hakimin məhkəməsi başladı


Kriminal 05 Fev 2019 17:39:00 214 0

Qətldə təqsirləndirilən beynəlxalq dərəcəli hakimin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclasının fevralın 14-nə təyin edilib.

Ötən il iyun 28-də Xırdalan şəhərində, şəhər sakini Pərviz Həbibovun evində infaktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.N.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.