Azərbaycanda 5 televiziyanın hər birinə 600 min manat ayrılıb


Digərləri 05 Fev 2019 17:17:00 221 0

Azərbaycanda 5 televiziyanın hər birinə 600 min manat ayrılıb

Azərbaycanda 5 özəl televiziyanın hər birinə 600 min manat ayrılıb.

Son.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının fevralın 5-də keçirilən iclasında qəbul olunub. 

Toplantıda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin yanvarın 17-də imzaladığı sərəncama əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına ("Lider TV", "Xəzər TV", "ATV", "ARB 24" MMC, "Space TV") 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.