Rusiyadan qanunsuz yollarla göndərilən böyük məbləğlərdə pulların sonu


Digərləri 05 Fev 2019 17:19:13 162 0

Rusiyadan qanunsuz yollarla göndərilən böyük məbləğlərdə pulların sonu

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilib.

Bakı. Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Azər Adamov, Nazim Hüseynov və Ceyhun Şabanov şahid qismində dindiriliblər. Məhkəmə iclasında KİV-lərin nümayəndələri iştirak ediblər. AXC hakimiyyəti dönəmində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun qohumu Azər Adamov məhkəmədə ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevralında V.Rüstəmli Gürcüstanda olarkən ona “whatsapp” vasitəsi ilə tanımadığı bir mobil nömrəni yazaraq xahiş etmişdir ki, həmin nömrədə olan adamda pul var, həmin pulu götürsün. Vidadinin telefonda göndərdiyi mobil nömrəyə zəng edib həmin şəxslə görüşərək 1000 manat pulu, növbəti dəfə isə 800 manat pulu ondan götürüb Vidadi Rüstəmliyə vermişdir.