Çingiz Abdullayev: "Şəxsən mən senatorun yerinə utanıram"


Digərləri 05 Fev 2019 16:43:00 239 0

Çingiz Abdullayev: "Şəxsən mən senatorun yerinə utanıram"

İkrah oyadan fikirləri şərh etməyi sevmirəm. Ancaq bəzən biganə qalmaq mümkün olmur. Tanınmış demokratın həyat yoldaşı və rusiyalı prezidentliyə namizədin anası - senator Lyudmila Narusova mərhum Fərman Salmanovun ünvanına təhqiramiz ifadə işlətməyə cürət edib. Surqutda aeroporta onun adının verilməsinə razı deyilmiş.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev öz "Facebook" səhifəsində rusiyalı teleaparıcı Kseniya Sobçakın anası Lyudmila Narusovanın Sibirdə neft yataqlarını aşkarlayan Fərman Salmanovu təhqir etməsi ilə bağlı yayılan xəbəri şərh edib.

Abdullayevin sözlərinə görə, rusiyalı "demokrat" xanım Surqut əhalisinin böyük əksəriyyətinin rəyini vecinə almır.

"Maraqlıdır ki, bu "demokrat" Surqut sakinlərinin çoxunun fikrini vecinə almır, halbuki hər adla bağlı ayrıca səsvermə keçirilib. Ancaq iş heç bunda da deyil. Riyakarcasına qeyd edir ki, aeroporta tələffüzü çətin olan azərbaycanlının adı verilib. Sən işə bir bax. Məsələ ondadır ki, xanım Narusovanın özü əsrimizin əvvəlində Tuvadan senator seçilib və bu postda Çanmır Udumbarı əvəzləyib.

Onun tuva dilində səlis danışmasına və Tuva adlarını ifadə edən zaman hər hansı çətinliklə üzləşmədiyinə heç bir şübhəm yoxdur. Məsələn, hökumət başçıları  - Sarık-Donqak Çimbe və ya Adıq-Tülüş- Heçek ool. Tuvalılar məni bu müqayisəyə görə bağışlasınlar. Ancaq əlbəttə ki, onların tələffüzü Fərman Azərbaycan adından daha asandır. Mən prinsipial olaraq Salmanovun xidmətlərindən danışmıram. Heç kimin ünvanına belə düşməncəsinə çıxışlara yol vermək olmaz,  həmin şəxsin xidmətləri və ya milliyyətindən asılı olmayaraq. Bu məsələdə isə insanlar seçib və şübhəsiz ki, onun verdiyi töhfələrə görə seçib!

Bir neçə ildən sonra Narusovanı Bryansk vilayətindən senator göndərdilər və üstündən çox keçməmiş səlahiyyətlərini əlindən aldılar. İndi o, yenə də Tuva senatorudur. Bəzən belə şeylər olur. Ən təəcüblüsü odur ki, düz otuz il əvvəl onun mərhum həyat yoldaşı uzaq diyarlardan seçilmiş partiya funksionerlərini məsxərəyə qoyurdu".