Pirallahıda şəhid ailələri ilə görüş keçirilib (FOTO)


Digərləri 05 Fev 2019 16:45:00 195 0

Pirallahıda şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Pirallahı Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib.

Bakı. Pirallahı Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, millət vəkili Rauf Əliyev, şəhid ailələrinin nümayəndələri, Rayon İcra Hakimiyyəti Aparatının işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.