Rusiya bu ölkələrdə hərbi bazasını yarada bilər


Digərləri 05 Fev 2019 16:29:00 283 0

Rusiya bu ölkələrdə hərbi bazasını yarada bilər

Cənub-şərqi Asiyadan tutmuş Cənubi Amerikaya qədər bir çox ölkələrin hakimiyyətləri öz ərazilərində Rusiyanın dəniz və quru qoşunlarının hərbi bazalarını yerləşdirməyə hazır olduqlarını təsdiqləyiblər. Onlardan bəziləri Rusiyaya uçuşlar üçün bütün infrastrukturdan istifadə etməyi təklif ediblər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Çarqrad" nəşri yazıb.

Nəşr iddia edib ki, bu dövlətlərdən birincisi Liviyadır. Ölkənin hazırda böyük bir hissəsinə nəzarət edən general Haftarın özü Benqazidə Rusiya bazası yerləşdirmək istəyir. Bu şəhər Tripolidən sonra ölkənin ikinci böyük şəhəridir. Haftar Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparır. Sözügedən baza NATO-nun cənub cinahına nəzarət etmək imkanı yaradacaq və həmçinin Şimali Afrikada ən zəngin neft yataqlarına sahib ölkədə yerləşdiriləcək.

Rusiya bazasının yerləşdirilə biləcəyi ikinci ölkə Sudan ola bilər. Burada dəniz bazası da yaradıla bilər və bununla da dəniz vasitəsilə Avropaya uzanan ticarət yollarına nəzarət edilə bilər.

Misir də Rusiya ilə əməkdaşlığa tam hazırdır. Dövlətin başçısı Əbdülfəttah Sisi istənilən Rusiya hərbi təyyarəsinin Misirin bütün infrastrukturlarından istifadə edə biləcəyinə söz verib.