Erməni girovluğunda olan Azərbaycan vətəndaşı Şuşadan Ermənistan aparıldı


Digərləri 05 Fev 2019 16:02:00 196 0

Erməni girovluğunda olan Azərbaycan vətəndaşı Şuşadan Ermənistan aparıldı

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş" Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Son.az xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olub.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.