Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir


Dünya 05 Fev 2019 16:06:00 289 0

Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir

Bu gün "Birlikdə daha yaxşı internet üçün" şüarı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü (Safer Internet Day - SID) qeyd edilir.

Son.az report-a istinadən bildirir ki, bu əlamətdar gün 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib və hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunur.

Əsas məqsəd dünyada, xüsusən uşaq və yeniyetmələr arasında onlayn texnologiyalar və mobil cihazlardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.