Ailəsi hamilə qadını evdən qovdu,


Digərləri 05 Fev 2019 15:48:00 239 0

Ailəsi hamilə qadını evdən qovdu,

İyirmi gün öncə qaynatası və qayınanası tərəfindən evdən qovulmuş Füzuli rayonu, Bala Bəhmənli kənd sakini olan Bəsti adlı qadın ana olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Lider" telekanalında "Çıxış yolu" verilişinə müraciət edən Bəsti və həyat yoldaşı Nicat bildirib ki, onları evdən qovublar. Verilişin aparıcısı Nuranə Gülər əməkdaşımızla söhbətində bildirib ki, qayınana və qayınatası nə qadını, nə də həyat yoldaşını qəbul edir:

"Bəstiylə Nicatı təxminən iyirmi gün əvvəl Nicatın valideynləri - Teybə xanım və Nəsib bəy evdən qovmuşdu. Bildiyimə görə, Nicatın bir qardaşı hərbçidir və evi də o dolandırır. Elə Nicatgilin evdən qovulmasına səbəbkar da həmin şəxsdir. Ailə Nicatın Bəstini qaçırmasına etiraz edirmiş. Hətta barışıq olması üçün tanınmış musiqiçi, əslən həmin kənddən olan Rəhman Məmmədlini də o qapıya göndərdim, özüm də efirdəm yalvardım, xeyri olmadı. Ailə Bəsti və Nicatdan imtina edib. Bəstini Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yerləşdirdik, qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirdi. Uşağa da Nuranə adını veriblər".

Teleaparıcı bildirib ki, Nicat üçüncü qrup əlildir və əmək qabiliyyətli deyil: "Hazırda bizim və ekspertlərimizin köməyi ilə bir yerə yerləşdiriliblər. Amma bu, çıxış yolu deyil. Çalışacağıq ki, Füzuli raoynunda məcburi köçkünlər üçün tikilmiş qəsəbələrdən heç olmasa bir otaqlı mənzil almağa nail olaq.  Qayınana qayınata qovub. Bir daha Nicatın valideynlərinə, qardaşına müraciət edirəm ki, nəvənizə, gəlininizə, oğlunuza shaib çıxın. Bəlkə də ailənizin problemlərdən çıxış yolu məhz elə bu balaca qız olacaq".

Videonu izləmək üçün şəklə klikləyin: