Günelin ayrılıq paylaşımları


Şou-biznes 05 Fev 2019 15:12:00 233 0

Günelin ayrılıq paylaşımları

Türkiyədə yaşayan müğənni Günel Zeynalova son günlər sosial şəbəkədəki paylaşımları ilə müzakirələrə səbəb olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi ancaq ayrılıqla bağlı mesajlar yazır. Onun bu paylaşımları izləyicilərinin də diqqətindən qaçmayıb.  Günelin "Özümə qısa vaxt verdim. Həmişə güləcəm. Tam sevirdim ki, əl çəkdim. Əlimin dəydiyi hər şeyi gözəlləşdirəcəm. Sadəcə, mənə aid olanları ən sadə halıyla... Uzun-uzun baxıb, nə gözəldir deyəcəm... Kiminsə şahid olması önəmli deyil. Mən bilirəm, bəsdir... İndi sən, sadəcə, səbr et" kimi sözlərinə yüzlərlə şərh yazılıb. Zeynalovanın ayrılıq mesajları birmənalı qarşılanmayıb. İzləyiciləri onun ayrılıq depressiyası yaşadığını vurğulayıblar.


Xəbərə aid fotolar