“Как по Маслу” Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən ilk komanda oldu


Digərləri 05 Fev 2019 14:31:00 238 0

“Как по Маслу” Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən ilk komanda oldu

“Как по Маслу” komandası Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən ilk komanda olub

"Как по Маслу" komandası Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən ilk komanda olub.

24 yanvar-4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci "Лiга Смiху 2019"  Yumor Çempionatı keçirilib. Azərbaycan ilk dəfədir ki bu festivalda "Как по Маслу" komandası ilə təmsil olundu. Yubiley festivalda Bakının komandası birinci turdan, ikinciyə, daha sonra Qala konsertə və sonda 2 fevral Azərbaycanın Gənclər Günündə Qala konsertdən mövsüm oyunlarına vəsiqə qazandı.

Odessada toplanan 213 komanda arasından 14 komanda Mövsüm oyunlarına vəsiqə qazandı. Komandanın çıxışından dərhal sonra iki ulduz-məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya nəsihətçi olmaq arzularını bildirdilər. Ulduz-məşqçi, nəsihətçi olaraq komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçdi. Qeyd etmək istərdik ki "Как по Маслу" komandası 2019-cu ildə Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən yeganə komanda oldu.


Xəbərə aid fotolar