Azərbaycan dəmir yolunun Parsabada birləşdirilməsi gündəmdədir


Digərləri 05 Fev 2019 14:14:00 211 0

Azərbaycan dəmir yolunun Parsabada birləşdirilməsi gündəmdədir

Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayəti Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.