Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?


Digərləri 05 Fev 2019 14:04:00 228 0

Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?

Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi səlahiyyətləri alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi səlahiyyətləri alınıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə" 2016-cı il 23 dekabr tarixli fərmanlarında və 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib.

Dəyişikliklərə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi səlahiyyəti geri alınıb. Bu, müstəqil olaraq "Maliyyə Monitorinqi Xidməti"nə verilib.

"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"ndan "lombardlara" sözü çıxarılıb.

Maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin oxu.az-a verdiyi açıqlamaya görə, Maliyyə Monitorinq Xidmətinin müstəqil quruma çevrilməsinin Palatanın fəaliyyətinə bağlılığı yoxdur. Nəticə olaraq Palatanın səlahiyyətləri azaldılıb. Addıma səbəb beynəlxalq təşkilatların, bir az da konkretləşdirsək, Eqmont Qrupunun tələbidir. Bu qurum çirkli pulların yuyulmasının qarşısını almaq üçün tədbirlər görür.