Şok kadrlar: qadının ərini həyətində, gözü qarşısında


Digərləri 05 Fev 2019 13:59:00 241 0

Şok kadrlar: qadının ərini həyətində, gözü qarşısında

Qucağında körpə uşağı olan qadın əri ilə birlikdə qonaqları yola salırdı. Onlar maşınlarına minib həyətdən çıxan qonaqlarla sağollaşanda qəflətən darvazaya üç silahlı yaxınlaşıb. Silahlılar həyətə girməyə çalışıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Cənubi Afrika Respublikasının Peyntaun şəhərində, yerli vaxtla 22.40 radələrində yaşanıb.

İkisi avtomat, biri tapança ilə silahlanmış şəxslərin həyətə girmək istədiklərini görən qadın darvazanı bağlamağa başlayıb. Bu zaman onun əri darvazaya yaxınlaşaraq qapını çəkib.

Silahlılardan biri atəş açaraq qadının ərini qətlə yetirib.


Xəbərə aid fotolar