228 nəfər imtahanı keçdi


Digərləri 05 Fev 2019 13:18:00 196 0

228 nəfər imtahanı keçdi

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.