Şok kadrlar: Maykl Ceksonun qalmaqallı VİDEOsu yayıldı FOTO


Digərləri 05 Fev 2019 13:05:00 333 0

Şok kadrlar: Maykl Ceksonun qalmaqallı VİDEOsu yayıldı  FOTO

Dünya pop-musiqisinin mərhum kralı Maykl Ceksonun yetkinlik yaşına çatmamışlara təcavüz və onların tovlanması ittihamları ilə bağlı cəlb olunduğu istintaqın videosu yayılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1996-cı ilin martın 1-də çəkilmiş video populyar müğənninin istintaqda çəkilmiş yeganə videosudur.

Kadrlarla görünür ki, 37 yaşlı müğənni təlaş içindədir, təşviş keçirir, gülür, müstəntiqin suallarını ciddi qəbul etmir, zarafatlaşmağa çalışır. Bundan başqa, müstəntiq onun həddi-buluğa çatmamış uşaqlara təcavüz etməsi ilə bağlı iddiaları hər dəfə səsləndirəndə Maykl Cekson yerində qurcuxur.

Daha sonra Maykl Cekson özünü İsa Məsihə bənzədir.