BurkinaFasoda cihadçıların hücumu nəticəsində 14 dinc sakin ölüb


Dünya 05 Fev 2019 13:09:00 205 0

BurkinaFasoda cihadçıların hücumu nəticəsində 14 dinc sakin ölüb

Burkina ordusu yüzdən çox terrorçunun məhv edildiyini təsdiq edib

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Fransanın Lemonde.fr nəşrinin ordunun mətbuat xidmətinə istinadən xəbərinə görə, fevralın 4-də cihadçıların hücumu nəticəsində Burkina-Fasonun şimalında 14 dinc sakin qətlə yetirilib.

Cavab olaraq ordu yerüstü və havadan hücumlar təşkil edərək üç şimal əyalətində 146 terrorçunu məhv edib. "Frans-Press" agentliyi bu rəqəmi müstəqil mənbələrdən təsdiq edə bilməyib.

Terror hücumu Burkina-Fasonun paytaxtı Uaqaduquda bu gün başlanacaq G5 Sahel sammitindən öncə baş verib.

Mali ilə sərhəddə yerləşən, Yatenqa əyalətinin Kain şəhərində baş vermiş cihadçıların hücumu ölkədə qeydə alınmış ən ciddi hücumlardan biridir.