“Atamın Rusiyada oğlu oldu, bizdən uzaqlaşdı”


Şou-biznes 05 Fev 2019 12:55:00 205 0

“Atamın Rusiyada oğlu oldu, bizdən uzaqlaşdı”

Həyat yoldaşımla boşanandan sonra iki övladımla anamın himayəsində qaldım. Tələbə vaxtlarımadək o, mənə baxdı. İndi isə anam bizdən ayrı qalır.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Şou ATV" proqramına qonaq olarkən deyib. 

Müğənni-bəstəkar canlı efirdə uşaqlıq illərindən atasız böyüdüyünü qeyd edib: "Mənim atam anamın qohumu olub.  Rusiyaya işləməyə getdi, ailədən uzaqlaşdı. Dörd qız övladı var idi, amma oğlunun olmağını istəyirdi. Rusiyada evləndi, oğlu oldu. Bir daha bizim yanımıza gəlmədi. Birinci sinifdən bu yana atasız böyümüşəm. Dayım bizə atalıq etdi".