Təşkilatçı Röyaya 30 min dollar pul "atıb"


Şou-biznes 05 Fev 2019 12:46:00 238 0

Təşkilatçı Röyaya 30 min dollar pul "atıb"

Əməkdar artist Röya Ayxanın Moskvada baş tutan konsertinin pulu ödənməyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Röya bu barədə "Popumuz var" layihəsində məlumat verib.

"Moskva konsertinin pulu götürmədim ki, hesabımıza köçürsünlər, istirahətə gedəndə istifadə edərik. Üç ay sonra hesaba baxıblar ki, Samirə Zeynalova pulu ödəməyib. 30 min dollar pul idi. Lakin fikirləşdim ki, o da qadındır. Gedib öldürəsi deyiləm ki?" - Röya söyləyib.