Qlobal istiləşmə:


Dünya 05 Fev 2019 12:37:00 219 0

Qlobal istiləşmə:

İqlim dəyişikliyi Hinduquş və Himalay dağ silsiləsinin buzlaqlarına ciddi təhlükə yaradıb

. Son araşdırmaya əsasən, yaxın zamanda karbon qazı emissiyalarının atmosferdəki həcmi azalmasa, nəhəng buzlaqların üçdə iki hissəsi yoxa çıxacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki,bu barədə Beynəlxalq İnteqrasiyalı Dağ İnkişaf Mərkəzinin (International Centre for Integrated Mountain Development) dərc etdiyi hesabatda deyilir.

Dünya əhalisi əsrin sonuna kimi orta temperatur artımını 1,5 selsiyə qədər endirsə belə, ən yaxşı halda buzlaqların üçdə bir hissəsi əriyəcək. Qeyd olunan buzlaqlar səkkiz müxtəlif ölkədə yaşayan 250 milyon insanın əsas su mənbəyi sayılır.