BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır


Digərləri 05 Fev 2019 12:30:50 473 0

BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır

BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Bakı. Sara İsrafilbəyova - BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır. Bunu Trend-ə "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: "Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. "Şəfəq-Asiman" yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədər olması mümkündür".