Mingəçevir SES-ə əlavə avtotransformator quraşdırılıb


Digərləri 05 Fev 2019 12:26:00 213 0

Mingəçevir SES-ə əlavə avtotransformator quraşdırılıb

“Azərenerji"ASC enerjisistemin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir.

Bakı. “Azərenerji"ASC enerjisistemin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. ASC-dən Trend-ə verilən məlumata görə, stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransformator, onun 220/110 kV-luq hücrələri, açarları, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub. Eyni zamanda avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.