Pasiyentin hüquqları qanunla tənzimlənəcək


Digərləri 05 Fev 2019 11:52:00 240 0

Pasiyentin hüquqları qanunla tənzimlənəcək

“Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır

"Pasiyentin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Səhiyyə komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu sənəd pasiyentin hüquqlarının təminatı və qorunmasının, sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Həmçinin, qeyd olunub ki, sənəddə pasiyentin tibbi yardım almaq, yaşamaq, ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığın qorunması, tibbi məlumat almaq, sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları, tibbi müdaxiləyə razılığın verilməsi qaydası, tibbi müdaxilədən imtina, tibbi ekspertiza, şikayət etmək, pasiyentlərin vəzifələri, qanunun pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapacaq.