Doğma qızına təcazüv edən ata hökmdən narazıdır


Digərləri 05 Fev 2019 11:56:00 231 0

Doğma qızına təcazüv edən ata hökmdən narazıdır

Öz doğma qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib

.

Son.az ölkə.az-a istinadən bildirir ki, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Habil Məmmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin ilkin baxış iclası keçiriləcək.

Qeyd edək ki, N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.