Azərbaycan Beynəlxalq Bankından daha bir yenilik UnionPay kartları!


Digərləri 05 Fev 2019 11:34:00 224 0

Azərbaycan Beynəlxalq Bankından daha bir yenilik  UnionPay kartları!

Azərbaycan Beynəlxalq Bankı əməliyyat həcmlərinə görə dünyanın ən nəhəng beynəlxalq kart təşkilatı olan UnionPay beynəlxalq kart təşkilatının kartlarının emissiyasına başlayıb.

Bankın müştərilərinə təklif etdiyi UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum kartlarını buradan onlayn qaydada, yaxud bankın filial və şöbələrində sifariş vermək olar. UnionPay kartı hesablarını həm manat, həm də ABŞ dollarında açdırmaq mümkündür. Kart debet və kredit rejimlərində işləyir.

Geniş istifadə şəbəkəsi, əməliyyatların yüksək keyfiyyəti, effektivliyi, ən əsası isə çox güclü beynəlxalq təhlükəsizlik sisteminə malik olması UnionPay kartlarının əsas üstünlüklərindəndir. 2002-ci ildə Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay International" şirkəti emissiya etdiyi kartların sayına və kartlar üzrə tranzaksiyaların həcminə görə dünya lideridir. UnionPay hazırda 174 ölkədə xidmət göstərir, kartlarının ümumi sayı 7 milyarddan artıqdır. UnionPay kartlarından dünyanın müxtəlif ölkələrindəki 52 milyondan çox ticarət və xidmət məkanında 2.6 milyondan çox ATM-də, eləcə də onlayn alış-verişlərdə maneəsiz istifadə etmək olar.