İran da kriptovalyuta buraxdı - PayMon
Digərləri 05 Fev 2019 09:58:00 210 0
İran hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb.
Bakı.
İran hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb. Trend-in məlumatına görə, bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token PayMon buraxılması qərara alınıb.
Bildirilir ki, İranın kriptovalyutası üzərində Parsian Bank, Bank Pasargad, Bank Melli İran və Bank Mellat işləyib.
Mənbə: az.trend.az