Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı


Digərləri 05 Fev 2019 09:40:00 223 0

Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı

Britaniyanın Solford Universitetinin alimləri bədxassəli şişlərin artımına gətirib çıxaran xərçəngli kök hüceyrələri müəyyən etməyin yolunu tapıb.

Tədqiqatçıların sözlərinə görə, bu hüceyrələrin dərman preparatlarının köməyi ilə dəqiq işlənilməsi bədxassəli törəmələri xroniki xəstəliklərə çevirməyə kömək ola bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress" nəşrində dərc olunan press-relizdə məlumat verilir.

Mütəxəssislər insanın döş vəzisinin şişindən götürülmüş bədxassəli şiş nümunələrini tədqiq edib. Məlum olub ki, bütün hüceyrə populyasiyasının 0,2 faizini təşkil edən bədxassəli kök hüceyrələri özünəməxsus əlamətlərə malikdir. Bu hüceyrələr külli miqdarda enerji ərsəyə gətirir və suspenziyada sürətlə çoxalır; artıq onun toxumaya yapışmasına lüzum qalmır. Sonuncu özəllik onun metastaz verməsinə, yəni qan-damar sistemi ilə digər toxuma və orqanlarla keçib, ikinci dərəcəli şişli ocaqlar formalaşdırmasına vasitəçilik edir.