İran 44 gəmi istehsal edəcək


Dünya 05 Fev 2019 09:10:15 202 0

İran 44 gəmi istehsal edəcək

İranın Yol və Şəhərsalma və Müdafiə Nazirlikləri arasında axtarış və xilasetmə, nəzarət və yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalı haqda müqavilə imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, müqaviləni İranın yol və şəhərsalma naziri Məhəmməd İslami və İranın müdafiə naziri general-mayor Əmir Hatəmi imzalayıb.

Müqaviləyə əsasən ilk mərhələdə 2 ədəd axtarış və xilasetmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün düzəldiləcək.