Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradılıb


Digərləri 05 Fev 2019 09:06:55 280 0

Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.