Kanadada mal daşıyan qatar relsdən çıxıb VİDEO FOTO


Dünya 05 Fev 2019 08:43:00 234 0

Kanadada mal daşıyan qatar relsdən çıxıb  VİDEO  FOTO

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində mal daşıyan qatarın relsdən çıxdığı bildirilir.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Fild şəhərindən şərqdə baş verib. İki maşinist və mühəndis ölüb. İlkin məlumata görə, relsdən 30-40 vaqon çıxıb.

Şirkət nümayəndələri bildirib ki, qatar təhlükəli yük daşımayıb.


Xəbərə aid fotolar