ABŞda ticarət mərkəzində partlayış olub, ölən var


Dünya 05 Fev 2019 08:50:00 209 0

ABŞda ticarət mərkəzində partlayış olub, ölən var

ABŞ-da ticarət mərkəzində partlayış olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Albukerke şəhərində (Nyu-Meksika ştatı) "Coors and Central" ticarət mərkəzində baş verib.

Albukerke polisindən bildirilib ki, partlayış zamanı həlak olan var.

"Partlayış zamanı bir nəfər ölüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - deyə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.